6°C Bakı
1$ = 1.70₼
Ekologiya

Türkiyədə qar yağıb

04-may-2026
Türkiyədə qar yağıb
Yazı Ölçüsü:

İstanbul və Ankara arasında əsas tranzit marşrutlardan biri olan Bolu dağlarındakı D-100 magistral yolunun bir hissəsində qar yağır.

"PostMedia" xəbər verir ki, bu barədə "Milliyet" nəşrinin məlumat yayıb.

Gecə saatlarında magistralda yağan güclü yağış səhər saatlarında qarla əvəz olunub.

Nəqliyyatın hərəkətində ciddi fasilələr qeydə alınmasa da, yol xidmətləri bölgədə qar təmizləmə işlərini davam etdirir. Yol polisi əməkdaşları Bolu dağları istiqamətində hərəkət edən sürücülərə yol nişanlarına və siqnallara riayət etmələri barədə xəbərdarlıq edib.

Qar Ankaraya yaxın ərazilərdə Anadolu magistralında hərəkətə də təsir göstərir. Dünən gecədən yağan qar səbəbindən nəqliyyatın hərəkətində vaxtaşırı fasilələr müşahidə olunur.

Fövqəladə xidmətlər Çankurtaran bölgəsində baş verən yol-nəqliyyat hadisələrinə müdaxilə edir. Yol xidmətləri Ankara ilə İstanbul arasında yerləşən yol hissələrində duzlama işləri də aparır.

Həmçinin Adana və Pozantı bölgələrində də qar yağdığı bildirilir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930