Azərbaycan və İsrail xarici işlər nazirləri görüşüb.
“PostMedia” APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri Gideon Saar bildirib.
O, azərbaycanlı həmkarı Ceyhun Bayramovla Əbu-Dabidə bir sıra məsələləri müzakirə etdiyini vurğulayıb.
İsrailli nazirin sözlərinə görə, Azərbaycanla münasibətlər genişlənir və strateji, diplomatik, iqtisadi, enerji və digər aspektləri əhatə edir.
“Onları gücləndirməyə davam edəcəyik!”, - Gideon Saar əlavə edib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
