İranın ali lideri Seyid Müctəba Xamenei müəyyən şərtlərin yerinə yetirilməsi və Milli Təhlükəsizlik üzrə Ali Şuranın mövqeyinin nəzərə alınması halında İran və ABŞ prezidentləri arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasına razılıq verdiyini bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə "Pars Today" məlumat yayıb.
O qeyd edib ki, qərar dövlətin maraqları və “müqavimət cəbhəsinin” qorunması çərçivəsində İran prezidentinin üzərinə götürdüyü öhdəliklər əsasında qəbul edilib, baxmayaraq ki, o, əvvəlcə fərqli mövqedə olub.
İranın ali liderinin müraciətində vurğulanır ki, razılaşma prosesində iranlı danışıqlar aparan heyətin fəal işi olub, həmçinin ABŞ tərəfinin razılaşmanı sürətləndirmək üçün müxtəlif təzyiq vasitələrindən istifadə etdiyi qeyd edilib.
Ayətullah Xamenei bildirib ki, İran müəyyən edilmiş şərtlərin ciddi şəkildə icrasını gözləyəcək və ABŞ tərəfindən razılaşmanın yenidən nəzərdən keçirilməsi və ya əlavə tələblərin irəli sürülməsi cəhdlərini qəbul etməyəcək.
“Əsasən mən fərqli düşüncədə idim, lakin hörmətli prezidentin Milli Təhlükəsizlik üzrə Ali Şuranın sədri kimi öz adından və şuranın digər üzvləri adından İran xalqının hüquqlarının və müqavimət cəbhəsinin qorunması ilə bağlı götürdüyü öhdəlikləri nəzərə alaraq, icazə verdim”, – deyə İranın ali lideri bildirib.
“Bu andan etibarən biz, yəni siz – qürurlu xalq və mən, razılaşdırılmış şərtlərin yerinə yetirilməsini gözləyəcəyik. Lakin aydındır ki, qarşıdakı danışıqlar düşmənin mövqeyinin qəbul edilməsi demək deyil”, – deyə o əlavə edib.