6°C Bakı
1$ = 1.70₼
Xarici xəbərlər

İran və Pakistan liderləri Yaxın Şərqdə münaqişənin dayandırılmasını müzakirə ediblər

18-iyun-2026
İran və Pakistan liderləri Yaxın Şərqdə münaqişənin dayandırılmasını müzakirə ediblər
Yazı Ölçüsü:

İran Prezidenti Məsud Pezeşkian və Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub. Tərəflər söhbət zamanı münaqişənin başa çatdırılması ilə bağlı yaxın zamanda əldə olunmuş razılaşmanı və onun region üçün mümkün nəticələrini müzakirə ediblər.

"PostMedia" xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

İran tərəfinin açıqlamasına görə, Pezeşkian bildirib ki, Pakistanın müharibənin dayandırılması ilə bağlı razılaşmaların əldə olunması istiqamətində göstərdiyi səylər “İran xalqının yaddaşında qalacaq”.

O vurğulayıb ki, əldə olunmuş razılaşma sülhün möhkəmləndirilməsi, gərginliyin azaldılması və regional əməkdaşlığın yeni mərhələsinə keçid üçün əsas yarada bilər.

Öz növbəsində Şahbaz Şərif İran rəhbərliyinin və xalqının mövqeyini yüksək qiymətləndirərək onların “səbir, dözümlülük və rasional yanaşma” nümayiş etdirdiyini qeyd edib.

O əlavə edib ki, razılaşmanın icrasının davam etdirilməsi regionda sülh, sabitlik və inkişaf baxımından əhəmiyyətli nəticələr verə bilər.

Tərəflər ümid etdiklərini bildiriblər ki, əldə olunmuş razılaşmalar region ölkələri arasında əməkdaşlığın genişlənməsinə və uzunmüddətli sabitliyin möhkəmlənməsinə zəmin yaradacaq.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930