6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Paşinyan: "Qarabağ məsələsi Lissabon sammitinin məntiqi ilə artıq həll edilmiş və bağlanmışdı"

08-may-2026
Paşinyan: "Qarabağ məsələsi Lissabon sammitinin məntiqi ilə artıq həll edilmiş və bağlanmışdı"
Yazı Ölçüsü:

Qarabağ məsələsi 1996-cı il Lissabon sammitinin məntiqi ilə artıq həll edilmiş və bağlanmışdı.

"PostMedia" xəbər verir ki, bunu Ermənitan Baş naziri Nikol Paşinyan Gorusda çıxışı zamanı bildirib.

“Bu, mənim üçün ağır qərar olub, o cümlədən şəxsi baxımdan, çünki mən siyasətlə Qarabağ hərəkatının təsiri ilə məşğul olmağa başlamışam. Qarabağ hərəkatı məni siyasətə gətirib. Amma mən başa düşdüm ki, biz heç nə edə bilməyəcəyik. Danışıqlar sənədləri ilə tanış olanda anladım ki, Qarabağ məsələsi 1996-cı il Lissabon sammitinin məntiqi ilə artıq həll edilmiş və bağlanmışdı”, – deyə Paşinyan bildirib.

Paşinyan həmçinin bəyan edib ki, Süniklə bağlı heç bir təhlükəsizlik məsələsi yoxdur, bütün məsələlər həll olunub.

“Süniklə bağlı yeganə sual budur: bu qədər turisti qəbul etmək üçün kifayət qədər otel tikməyə çatdıracaqsınızmı? İndi yollar açılacaq, TRIPP layihəsi işləyəcək. Sünik bu qədər rifahdan öz payını almağa çatdıracaqmı? Süniklə bağlı başqa heç bir məsələ yoxdur. Süniklə bağlı bir məsələ də var idi, amma o da artıq həll olunub. Biz bilirik ki, ərazi məsələləri var.

Amma mən bu məsələni də həll olunmuş hesab edirəm, çünki Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyalarının birgə fəaliyyət reqlamentində yazılıb ki, delimitasiyanın əsasında Alma-Ata Bəyannaməsi dayanır. Bu isə o deməkdir ki, Ermənistanın ərazisi sovet Ermənistanının ərazisi ilə eynidir. Bu xəritə də məhz bunun üçündür və bunu göstərir”, – deyə Paşinyan sinəsinə yapışdırdığı, özünün təsəvvür etdiyi Ermənistan xəritəsini göstərərək bildirib.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031