6°C Bakı
1$ = 1.70₼
Xarici xəbərlər

Trampın nümayəndələri Ukrayana səfər edə bilər

08-may-2026
Trampın nümayəndələri Ukrayana səfər edə bilər
Yazı Ölçüsü:

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi yaz və yay mövsümünün qovşağında ABŞ Prezidenti Donald Trampın nümayəndələrini gözləyir.

"PostMedia" Ukrayna mediasına istinadən xəbər verir ki, ABŞ ilə aparılan danışıqlar məzmunlu keçib və tərəflər qarşıdakı görüşlər, eləcə də səfərlərin qrafikini razılaşdırırlar.

“Bu gün Rustem Umerov ABŞ-dəkı görüşlərin nəticələri barədə məruzə etdi. Danışıqlar məzmunlu idi. Lazımi səfərlərin qrafikini razılaşdırırıq və yaz-yay keçidində Amerika prezidentinin nümayəndələrini Kiyevdə gözləyirik. Ümid edirik ki, bu dəfə planlaşdırılanları həyata keçirmək və diplomatiyanı aktivləşdirmək mümkün olacaq”, — deyə Zelenski bildirib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930