6°C Bakı
1$ = 1.70₼
Xarici xəbərlər

Tramp bir həftə ərzində İranla memorandum imzalamağı planlaşdırır

07-may-2026
Tramp bir həftə ərzində İranla memorandum imzalamağı planlaşdırır
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp həftə ərzində İranla silahlı münaqişəyə son qoymaq barədə memorandumun imzalana biləcəyini gözləyir
PostMedia” xəbər verir ki, bu barədə “Fox News”un aparıcısı Brett Beyer ABŞ lideri ilə telefon danışığından sonra bildirib.
Onun sözlərinə görə, Tramp "ehtiyatla nikbindir" və mümkün razılaşmanı münaqişənin həllində "dönüş nöqtəsi" kimi görür.
Daha əvvəl "Axios" portalı Vaşinqton və Tehranın bir səhifəlik memorandum imzalamağa yaxın olduğunu bildirmişdi. Qəzetin məlumatına görə, ABŞ İranın təkliflərinə 48 saat ərzində cavab verməsini gözləyir. 
Öz növbəsində, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, Tehran Amerika tərəfinin təkliflərini öyrənməyə davam edir və cavabını daha sonra Pakistan tərəfi vasitəsilə ötürəcək.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930