6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

"Stratfor": Meloni enerji, müdafiə və təhlükəsizlik sahələrində Bakı ilə daha sıx əməkdaşlıq vəd edir

06-may-2026
"Stratfor": Meloni enerji, müdafiə və təhlükəsizlik sahələrində Bakı ilə daha sıx əməkdaşlıq vəd edir
Yazı Ölçüsü:

İtaliya Yaxın Şərqdə enerji təchizatındakı pozuntuların qaz və yanacağın qeyri-Rusiya mənbələrindən təmin olunmasının əhəmiyyətini artırması fonunda Azərbaycanla neft-qaz sahəsində əməkdaşlığı dərinləşdirəcək.

"PostMedia" xəbər verir ki, bu barədə "Stratfor" analitik mərkəzi yazır.

Mərkəz hesab edir ki, eyni zamanda, yaxın perspektivdə əsas faydanın daha çox ticarət razılaşmaları, emal güclərinin inteqrasiyası və siyasi koordinasiya ilə bağlı olacağı ehtimal edilir. Bununla yanaşı, Azərbaycan qazının həcmlərinin əhəmiyyətli dərəcədə artması az ehtimal olunur. Əgər pozuntular davam edərsə, İtaliya və digər Avropa ölkələri, çox güman ki, Rusiya qazına alternativlər və mayeləşdirilmiş təbii qazın tədarük yollarını tapmaq məqsədilə Bakı ilə diplomatik əlaqələri gücləndirəcəklər.

Azərbaycan qazı və nefti İtaliyanın idxalında müvafiq olaraq təxminən 16% və 17% təşkil edir və Rusiya ilə Ukrayna arasında müharibənin başlanmasından bəri mühüm rol oynayır.

Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqına qaz ixracını iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırmağı öhdəsinə götürüb, lakin bu məqsədə çatmaq, böyük ehtimalla, iri investisiyalar olmadan mümkün olmayacaq.

Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın 2025-ci ildə İtaliyanın "Italiana Petroli" şirkətini alması Azərbaycanın İtaliyanın emal, pərakəndə satış və yanacaq paylanması bazarındakı mövqelərini gücləndirəcək.

Mərkəz həmçinin xatırladır ki, İtaliyanın baş naziri Corcia Meloni Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və mayın 4-də bəyan edib ki, İtaliya enerji, müdafiə, təhlükəsizlik, nəqliyyat, logistika, investisiyalar və siyasi dialoq sahələrində Azərbaycanla əməkdaşlığı dərinləşdirəcək.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031