6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Xaçaturyan: "Ermənistan–Azərbaycan münasibətlərinin tənzimlənməsi əsas amilə çevrilə bilər"

06-may-2026
Xaçaturyan: "Ermənistan–Azərbaycan münasibətlərinin tənzimlənməsi əsas amilə çevrilə bilər"
Yazı Ölçüsü:

Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması regionun iqtisadi inkişafı və nəqliyyat əlaqələrinin genişlənməsi baxımından həlledici rol oynaya bilər".

"PostMedia" xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan “Yerevan Dialoqu” beynəlxalq forumu çərçivəsində “Bağlantıdan fürsətə: Aİ–Ermənistan ticarətini və investisiyalarını təşviq etmək” mövzusunda panel müzakirəsində açılış nitqi ilə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin tənzimlənməsi Cənubi Qafqazda bağlantılılığı real iqtisadi imkanlara çevirəcək əsas amillərdən biridir.

Prezident qeyd edib ki, regionda nəqliyyat və kommunikasiya xətlərinin açılması ticarət, enerji və logistika sahələrində yeni perspektivlər yaradır:

"Bu mənada Ermənistan–Azərbaycan münasibətlərinin tənzimlənməsi regionumuzun bağlantılılığını real iqtisadi imkanlara və nəticələrə çevirə biləcək əsas amilə çevrilə bilər".

Xaçaturyan vurğulayıb ki, nəzərdə tutulan layihələr çərçivəsində Xəzər və Mərmərə dənizləri arasında ən qısa marşrut Azərbaycan, Ermənistan və Türkiyə üzərindən keçə bilər. Bu isə Şərq–Qərb istiqamətində yükdaşımaların daha səmərəli təşkilinə imkan verəcək.

O əlavə edib ki, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması, eləcə də münasibətlərin normallaşması Cənubi Qafqazın beynəlxalq tranzit mərkəzinə çevrilməsinə ciddi töhfə verə bilər.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031