6°C Bakı
1$ = 1.70₼
Xarici xəbərlər

Ermənistan və Türkiyə nümayəndələri dəmir yolunun tezliklə istifadəyə verilməsində qarşılıqlı marağı vurğulayıblar

05-may-2026
Ermənistan və Türkiyə nümayəndələri dəmir yolunun tezliklə istifadəyə verilməsində qarşılıqlı marağı vurğulayıblar
Yazı Ölçüsü:

Mayın 5-də “Yerevan Dialogue” üçüncü beynəlxalq konfransı çərçivəsində Ermənistan–Türkiyə normallaşma prosesinin xüsusi nümayəndələri - Ermənistan parlament sədrinin müavini Ruben Rubinyan və Tükiyənin nomallaşma ilə bağlı xüsuis elçisi Serdar Kılıç arasında görüş keçirilib.

"PostMedia" xəbər verir ki, tərəflər normallaşma prosesində mövcud irəliləyişlə bağlı fikir mübadiləsi aparıblar və Gümrü–Qars dəmir yolunun bərpası və istifadəyə verilməsi üzrə birgə işçi qrupunun son iclasını müsbət qiymətləndiriblər. Bu kontekstdə onlar Ermənistan və Türkiyənin dəmir yolunun mümkün qədər tez istifadəyə verilməsinə qarşılıqlı maraq göstərdiyini vurğulayıblar.

Bundan əlavə, xüsusi nümayəndələr tarixi Ani (İpək yolu) körpüsünün birgə bərpasına dair protokolun imzalanmasını da qeyd ediblər. Onların sözlərinə görə, bu təşəbbüs ikitərəfli əməkdaşlığı aktivləşdirəcək, institusional əlaqələri genişləndirəcək və regional turizmin inkişafına əhəmiyyətli töhfə verəcək.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930