6°C Bakı
1$ = 1.70₼
Xarici xəbərlər

Fransa prezidenti Ermənistan və Azərbaycan münasibətlərində irəliləyişi alqışlayıb

05-may-2026
Fransa prezidenti Ermənistan və Azərbaycan münasibətlərində irəliləyişi alqışlayıb
Yazı Ölçüsü:

Fransa Prezidenti Emmanuel Makron mayın 5-də İrəvanda Ermənistanın baş naziri Nikol Pashinyan ilə birgə mətbuat konfransı zamanı Ermənistan və Azərbaycan arasında əmtəə dövriyyəsinin tənzimlənməsi istiqamətində əldə olunan irəliləyişi alqışlayıb.

"PostMedia" xəbər verir ki, o, bu gün Fransa ilə Ermənistan arasında imzalanmış strateji əməkdaşlıq haqqında bəyannamə həm də sülh prosesinə töhfə verməyi hədəflədiyini deyib.

Bu istiqamətdə qəbul olunmuş cəsarətli qərarı yüksək qiymətləndirən Makron vurğulayıb ki, Fransa “sizə dəstək verməyə və sizi müşayiət etməyə” hazırdır.

Fransa prezidenti bir daha Ermənistan və Azərbaycan arasında əmtəə dövriyyəsinin tənzimlənməsi üzrə əldə olunan irəliləyişi müsbət qiymətləndirib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930