6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Laşa Darsaliya: "Cənubi Qafqaza yalnız regionun özü istədiyi məsələlərdə kömək etmək vacibdir"

05-may-2026
Laşa Darsaliya: "Cənubi Qafqaza yalnız regionun özü istədiyi məsələlərdə kömək etmək vacibdir"
Yazı Ölçüsü:

Cənubi Qafqaz regionunu anlamaq, onu dinləmək və yalnız ehtiyac olan sahələrdə kömək etmək vacibdir, sadəcə “harada köməyə ehtiyacınız olduğunu biz bilirik” demək yox.

"PostMedia" xəbər verir ki, bunu mayın 5-də “Yerevan Dialogue-2026” beynəlxalq konfransında Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya bildirib.

“ABŞ, Avropa İttifaqı və digər tərəfdaşlardan danışarkən, çoxsaylı sahələr var ki, regionumuz həqiqətən dəstək və yardıma ehtiyac duyur. Düşünürəm ki, xarici tərəfdaşlar çox şey təklif edə və əməkdaşlıq üçün stimulları gücləndirə bilərlər”, – deyə o qeyd edib.

Darsalia xatırladıb ki, Ermənistan, Azərbaycan və Gürcüstan artıq 30 ildən çoxdur müstəqil dövlətlərdir:

“Bu region çoxsaylı faciələr, münaqişələr və iqtisadi xaos yaşayıb. İndi isə müasir tariximizdə ilk dəfə real siyasi və iqtisadi regiona çevrilmək imkanımız var.

Bu, Gürcüstan üçün çox vacibdir. Bizim üçün regional əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Son 35 ildə biz məhz belə bir imkan gözləmişik – ümumi regional çərçivədə, ayrı-ayrı ölkələrlə ikitərəfli formatda yox. Və biz regional əməkdaşlığın daha da inkişafında çox maraqlıyıq”, – deyə Gürcüstan rəsmisi vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031