6°C Bakı
1$ = 1.70₼
Xarici xəbərlər

Emmanuel Makron: “Sərhədlər tam açılmalıdır – o cümlədən Azərbaycanla”

05-may-2026
Emmanuel Makron: “Sərhədlər tam açılmalıdır – o cümlədən Azərbaycanla”
Yazı Ölçüsü:

“Sərhədlər tam açılmalıdır – o cümlədən Azərbaycan və Türkiyə ilə, həmçinin Gürcüstanla əlaqələr heç bir məhdudiyyət olmadan fəaliyyət göstərməlidir”.

PostMedia” xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron İrəvanda çıxışı zamanı deyib.

O çıxışında Azərbaycanla bağlı məqamı önə çəkərək bildirib ki, regionda real irəliləyiş üçün sərhədlərin açılması əsas şərtdir:

“Bunun üçün sərhədlərin açılması vacibdir. Ümid edirəm ki, qonşular da sizin kimi cəsarət göstərəcək və sülh, demokratiya və rifah yolunu seçəcəklər”.

Makron həmçinin Ermənistan və Azərbaycan arasında atılan ilkin addımları müsbət qiymətləndirib:

“Biz Ermənistan və Azərbaycan arasında ticarət məhdudiyyətlərinin aradan qaldırılması istiqamətində atılan addımları alqışlayırıq. Bu, mühüm başlanğıcdır, lakin kifayət deyil – sərhədlərin tam açılması lazımdır”.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930