6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Əraqçi: “Hörmüz böhranının hərbi həlli yoxdur”

05-may-2026
Əraqçi: “Hörmüz böhranının hərbi həlli yoxdur”
Yazı Ölçüsü:

İranın xarici işlər naziri Abbas Əraqçi siyasi böhranın hərbi üsullarla həll edilə bilməyəcəyini bəyan edib.

“PostMedia” xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat verib.

“Hörmüz boğazı ətrafında baş verən hadisələr açıq şəkildə göstərir ki, siyasi böhranın hərbi həlli mövcud deyil.
Danışıqlar Pakistanın konstruktiv səyləri sayəsində irəlilədiyi bir vaxtda, ABŞ diqqətli olmalıdır ki, düşmən qüvvələr onu yenidən bataqlığa çəkməsin. BƏƏ də eyni cür davranmalıdır”.

İran XİN rəhbəri hesab edir ki, Fars körfəzi regionunda ilişib qalan ticarət gəmilərinin Hörmüz boğazı vasitəsilə keçirilməsini nəzərdə tutan “Azadlıq” əməliyyatı “çıxılmaz vəziyyətdədir”.

Bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi bildirmişdi ki, İran bazar ertəsi Əmirliklər istiqamətində 15 raket – 12 ballistik və 3 qanadlı raket, həmçinin 4 PUA buraxıb.

Fuceyra hakimiyyət orqanları isə neft limanına pilotsuz uçuş aparatının hücumu nəticəsində yanğın baş verdiyini və bunun nəticəsində Hindistanın üç vətəndaşının zərər çəkdiyini açıqlayıb.

CNN telekanalının mənbələri xəbər verib ki, Əmirliklərin hava məkanında İran mərmilərini zərərsizləşdirmək üçün İsrailin Dəmir Qübbə hava hücumundan müdafiə sistemi istifadə olunub.

Qətər hökuməti regiondakı qonşusuna dəstək ifadə edərək “Birləşmiş Ərəb Əmirlikləri ilə tam həmrəylik” bəyan edib və onun “suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün atdığı bütün addımları” dəstəklədiyini bildirib.

Səudiyyə Ərəbistanı da oxşar mövqe nümayiş etdirərək, Əmirliklərin suverenliyi və təhlükəsizliyinin qorunması istiqamətində atdığı addımlara dəstəyini ifadə edib və İranın “mülki və iqtisadi obyektlərə” hücumunu “qətiyyətlə pislədiyini” açıqlayıb.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031