Avropa Siyasi Birliyinin 8-ci Zirvəsi çərçivəsində səfərdə olduğumuz İrəvanda Ermənistanın baş naziri cənab Nikol Pashinyanla əhatəli və səmərəli görüş keçirdik.
"PostMedia" xəbər verir ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz özünün "X" hesabında paylaşıb.
"Cənab Paşinyanla görüşümüzdə ikitərəfli münasibətlərimizi geniş şəkildə müzakirə etdik. Eyni zamanda nəqliyyat, gömrük, enerji və rəqəmsal infrastruktur, eləcə də bağlantını gücləndirəcək addımları da nəzərdən keçirmək imkanı əldə etdik.
Normallaşma prosesində atılan qarşılıqlı konstruktiv addımların konkret nəticələr verməsindən də məmnunluq duyuruq.
Bu gün anlaşma memorandumu ilə imza altına aldığımız "Ani" (İpək yolu) körpüsünün birgə bərpası kimi həm simvolik, həm də praktik əməkdaşlıq sahələrinin davamlı sülh və etimad mühitinə töhfə verəcəyinə inanırıq.
Regional sülh, dialoq və sabitlik əsasında Cənubi Qafqazda normallaşmanın irəlilədilməsi, iqtisadi əməkdaşlığın artırılması və xalqlarımız arasında təmasların gücləndirilməsi istiqamətində yanaşmamızı qətiyyətlə davam etdirəcəyik.
Görüşümüzün xeyirli olmasını arzulayır, cənab Paşinyana səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm"-deyə siyasətçi əlavə edib.



