6°C Bakı
1$ = 1.70₼
Xarici xəbərlər

Aleksey Overçuk Azərbaycana gəlib

15-aprel-2026
Aleksey Overçuk Azərbaycana gəlib
Yazı Ölçüsü:

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk aprelin 16-da keçiriləcək Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 24-cü iclasında iştirak etmək üçün Azərbaycana işgüzar səfərə gəlib.

"PostMedia" xəbər verir ki, bu barədə Rusiya hökumətinin rəsmi saytında məlumat yayılıb.

Məlumatda deyilir ki, Overçuk və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin birgə sədrliyi ilə tərəflər 22 avqust 2025-ci ildə Həştərxanda keçirilən komissiyanın 23-cü iclasının qərarlarının icrasını, eləcə də Rusiya-Azərbaycan əməkdaşlığının əsas sahələrinin inkişafı üzrə fəaliyyət planının icrasını müzakirə edəcəklər.

İclasda Rusiya ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli formatlarda ticarət, iqtisadi, mədəni və humanitar əməkdaşlıqla bağlı geniş məsələlər müzakirə olunacaq.

Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930