—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Ceyhun Bayramov İspaniyanın xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri ilə telefonla danışıb

01-mart-2026
Admin
Ceyhun Bayramov İspaniyanın xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri ilə telefonla danışıb
Yazı Ölçüsü:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno arasında telefon danışığı aparılıb.
"PostMedia" Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata istinadən xəbər verir ki, telefon danışığı zamanı Yaxın Şərq regionunda mövcud olan gərgin təhlükəsizlik vəziyyəti və hərbi eskalasiya ilə bağlı fikir mübadiləsi aparılıb.
Regionda sabitliyin qorunmasının vacibliyi vurğulanaraq, gərginliyin daha da artmasının qarşısının alınması üçün diplomatik kanalların və siyasi dialoqun əhəmiyyəti qeyd edilib.
Mövcud şəraitdə eskalasiya bölgəsində xarici ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi, zərurət yarandığı halda İrandakı İspaniya vətəndaşlarının Azərbaycan sərhədindən keçməklə təxliyəsi ilə bağlı mümkün əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Kateqoriyalar