Kim Çen In nüvə imkanlarını genişləndirməyi planlaşdırır və ABŞ ilə “dostluq” üçün şərtlər irəli sürür
26-fevral-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
Şimali Koreya lideri Kim Çen In növbəti beş il ərzində ölkənin nüvə arsenalını genişləndirməyi planlaşdırır. O, eyni zamanda müəyyən şərtlər daxilində Vaşinqtonla münasibətlərin yaxşılaşdırılmasına da açıq olduğunu bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Pxenyanda başa çatan hakim partiyanın qurultayında çıxış edən Kim Çen In nüvə silahlarının sayının artırılması və onların tətbiq imkanlarının genişləndirilməsi planlarını açıqlayıb. O vurğulayıb ki, Pxenyan “nüvə dövləti statusunu möhkəmləndirməyi” qarşısına məqsəd qoyub və yaxın illərdə müvafiq layihələrə diqqət yetirəcək.
Şimali Koreya lideri həmçinin daha güclü qitələrarası ballistik raketlərin, süni intellektdən istifadə edən hücum sistemlərinin və pilotsuz uçuş aparatlarının hazırlanacağını bəyan edib.
Bununla yanaşı, Kim Çen In ABŞ ilə dialoq imkanlarını da istisna etməyib.
“Əgər Birləşmiş Ştatlar Şimali Koreyaya qarşı qarşıdurma siyasətindən imtina edər və ölkəmizin mövcud statusuna hörmətlə yanaşarsa... ABŞ ilə
ortaq dil tapmamağımız üçün heç bir səbəb yoxdur”, – deyə o bildirib.
Reuters-in qeyd etdiyi kimi, Kim Çen In hələlik ABŞ Prezidenti Donald Trampın siqnallarına rəsmi cavab verməyib. Tramp ilk prezidentlik dövründə Kimlə üç dəfə görüşmüşdü.
Eyni zamanda, Kim Çen In Cənubi Koreyanı “ən düşmən dövlət” adlandırıb və Seulla danışıqları istisna edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın nüvə siyasətindən açıq şəkildə narazıdır. Pxenyanın nüvə potensialını artırması və raket sınaqları iki ölkə arasında gərginliyi daha da artırır.
2025-ci ilin oktyabrında Tramp Kimlə “isti münasibətləri” olduğunu desə də, Pxenyanın nüvə siyasətinə görə ABŞ-nin “müəyyən bir məqamda” Şimali Koreyaya diqqət yetirəcəyini bildirib.
Energetika naziri Ağsuda vətəndaşları qəbul edəcək
05-mart-2026
Rəsmi xəbərlər
Azərbaycan İrana nota verəcək
05-mart-2026
Rəsmi xəbərlər
Azərbaycan XİN İranın dron hücumlarını pisləyib
05-mart-2026
Hadisə
İran Naxçıvanı vurdu - VİDEO
05-mart-2026
Sosial
“Azərsun Holdinq” “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək verəcək
05-mart-2026
HiTech
Nazir Rəşad Nəbiyev süni intellekt sahəsində qlobal şirkətlərdən olan “Nscale”in Avropa, Yaxın Şərq və Afrika regionları üzrə prezidenti və icraçı direktoru ilə görüşüb