6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Hikmət Hacıyev 7 milyard dollar məsələsinə aydınlıq gətirdi: Azərbaycanın iştirakı nəzərdə tutulmur

19-fevral-2026
Hikmət Hacıyev 7 milyard dollar məsələsinə aydınlıq gətirdi: Azərbaycanın iştirakı nəzərdə tutulmur
Yazı Ölçüsü:

Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd və məramlarını dəstəkləyir. Gələcəkdə Azərbaycan tərəfindən Sülh Şurası vasitəsilə Qəzzada sərmayə layihələrində iştirak nəzərdən keçirilə bilər.

"PostMedia" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün X sosial media hesabında yazıb.

Prezidentin köməkçisi, həmçinin qeyd edib: “Amma bir məsələyə aydınlıq gətirmək istərdik. Belə ki, Sülh Şurasının bugünkü iclasında səsləndirilən 7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur”.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930