6°C Bakı
1$ = 1.70₼
Parlament xəbərləri

Ermənistanda üç deputatlığa namizədin qeydiyyatını ləğv edilib

07-may-2026
Ermənistanda üç deputatlığa namizədin qeydiyyatını ləğv edilib
Yazı Ölçüsü:

Ermənistan Mərkəzi Seçki Komissiyası mayın 7-də keçirilən növbədənkənar iclasda deputatlığa üç namizədin qeydiyyatını ləğv edib.

PostMedia” zəbər verir ki, “Ermənistan Respublikasının Seçki Məcəlləsi” konstitusiya qanununun 90-cı maddəsinin 3-cü hissəsinə əsasən, deputatlığa namizədlər səsvermə gününə ən geci 10 gün qalmış saat 18:00-dək, həmçinin səsvermə günündən sonra ərizə təqdim etməklə namizədliklərini geri götürmək hüququna malikdirlər.

Öz namizədliyini geri götürmək barədə ərizə notarial qaydada təsdiqlənməli və ya namizəd bu ərizəni Mərkəzi Seçki Komissiyasının iclasında şəxsən təsdiqləməlidir.

MSK “Vətəndaş Müqaviləsi” partiyasının seçki siyahısına daxil edilmiş deputatlığa namizədlər Armen Sokrati Pambuxçyanın, Armen Aliki Qriqoryanın və “Hamıya qarşıyam” partiyasının seçki siyahısına daxil edilmiş deputatlığa namizəd David Serjiki Petrosyanın öz namizədliklərini geri götürməsi ilə bağlı ərizələrini qəbul edib.

Ərizələrin notarial qaydada təsdiqləndiyi bildirilib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930