6°C Bakı
1$ = 1.70₼
Daxili xəbərlər

Azərbaycan üç yeni kamikadze pilotsuz uçuş aparatının istehsalına başlayıb

06-may-2026
Azərbaycan üç yeni kamikadze pilotsuz uçuş aparatının istehsalına başlayıb
Yazı Ölçüsü:

Azərbaycanın müdafiə sənayesi sektorunda fəaliyyət göstərən "Arkan Innovations" LLC şirkəti üç yeni kamikadze pilotsuz uçuş aparatının istehsalına başlayıb.

"PostMedia" xəbər verir ki, bu 2026-cı ildə hazırlanmış kamikadze dronlar İstanbulda keçirilən "SAHA 2026" müdafiə və aerokosmik sənayenin V beynəlxalq sərgisində ictimaiyyətə təqdim olunub.

Yeni nəsil "Arkan-10", "Arkan-10 FO" və "Arkan-10 FT" pilotsuz uçuş aparatları müasir texnologiyalar əsasında hazırlanıb və həm kəşfiyyat, həm də zərbə imkanlarına malikdir. Xüsusilə, Arkan-10 FO optik lifli idarəetmə sistemi ilə təchiz olunub ki, bu da onun radiolokasiya vasitələri ilə aşkarlanma ehtimalını son dərəcə aşağı edir.

Qeyd olunur ki, təqdim olunan pilotsuz uçuş aparatları süni intellekt elementləri, təkmilləşdirilmiş avtonom idarəetmə sistemi ilə təchiz edilib, həmçinin artırılmış uçuş müddəti ilə xarakterizə olunur.

Yeni modellərin əsas xüsusiyyətləri arasında aşağı radiolokasiya görünürlüğü, yüksək manevr qabiliyyəti, eləcə də müxtəlif silah sistemləri ilə inteqrasiya imkanı yer alır. Bu dronlar müasir döyüş şəraitində effektiv istifadə üçün nəzərdə tutulub.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930