Cari ildə rusiyalılar üçün ən büdcəyə uyğun istirahət istiqamətləri Belarus, Qazaxıstan və Gürcüstan olub, ən bahalı istiqamətlər isə Latın Amerikası ölkələri olduğu məlum olub.
"PostMedia" "Ri Novosti"yə istinadən xəbər veirr ki, bu barədə "Tutu.ru" portalının səyahət xidməti üzrə analitikləri məlumat veriblər.
"Tutu"nun tədqiqatına görə, 2025-ci ildə rusiyalılar minimal xərclərlə həftəlik istirahəti yaxın xarici ölkələrdə keçirə bilərdilər. Ən büdcəyə uyğun istiqamət Belarus olub, burada iki nəfərlik həftəlik istirahət orta hesabla 61 min rubla (təxminən 1 344 manat) başa gəlib. Daha sonra Qazaxıstan – təxminən 70 min rublla (təxminən 1 542 manat) və Gürcüstan – 93 min rublla (təxminən 2 048 manat) gəlir.
Büdcəyə uyğun digər istiqamətlər arasında Ermənistan (orta hesabla 96 min rubla), Özbəkistan (105 min rubla), Qırğızıstan (115 min rubla) və Türkiyə (129 min rubla) yer alıb.
Ən bahalı istiqamətlər arasında Kolumbiya, Meksika, Peru və Çili liderdir, burada iki nəfərlik həftəlik istirahət 300 min rubldan və yuxarı qiymətə başa gələ bilər.
"Tutu" səyahət xidməti üzrə avia bazarının inkişaf üzrə direktor müavini Artem Kuzmin izah edib ki, Latın Amerikası və Okeaniya kimi ekzotik və uzaq ölkələr hələ də səyahətçilər üçün əsasən uçuş xərclərinə görə bahalıdır – rahat biletlərin qiyməti iki istiqamət üzrə 200 min rubldan başlayır.
Onun sözlərinə görə, 2026-cı ildə büdcəyə uyğun istiqamətlər arasında Çin də ola bilər, bu ölkəyə səyahətə tələbat artır, o cümlədən Yeni il bayramları zamanı.