Ermənistanın "FlyOne Armenia" aviaşirkəti 2026-cı ilin yayından İspaniyaya birbaşa uçuşlara başlayacaq.
"PostMedia" xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Uçuşlar 4 iyundan etibarən başlayacaq və Yerevan–Alikante–Yerevan marşrutu üzrə həftədə iki dəfə, cümə axşamı və bazar günləri həyata keçiriləcək.
"FlyOne Armenia" 27 oktyabr 2021-ci ildə operator sertifikatı alıb.
Aviaşirkətin filosu "Airbus A320" tipli təyyarələrdən ibarətdir.
Şirkət Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasından deputat Xaçatır Sukiasyan ailəsinə məxsusdur.
İqtisadiyyat
İdman
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
