"Arton Capital" şirkəti 2026-cı ilin "Global Passport Power Rank" reytinqini açıqlayıb.
"PostMedia" xəbər verir ki, Bu reytinq dünyadakı ən nüfuzlu pasportların sıralamasını göstərir.
Siyahıya görə, Azərbaycan 62-ci yerdədir.
Reytinqin zirvəsində Birləşmiş Ərəb Əmirlikləri pasportu qərarlaşıb, onu Sinqapur və İspaniya izləyir.
Reytinq pasportun gücünü ölçür və səyahət imkanları göstəricisinə əsaslanır. Bu göstərici vizesiz səfərlər və gəliş zamanı viza əldə etmə imkanlarını əhatə edir. Qiymət yüksək olduqca, pasportun sahibinin qlobal səfər imkanları bir o qədər geniş olur.
Ölkəmizin pasportuna sahib olanlar 35 ölkəyə vizasız gedə bilərlər.
Həçinin 47 ölkəyə getdikdə viza ilə, 3 ölkəyə elektron icazə (eTA) və 113 ölkəyə isə viza tələb olunduğunu göstərir.