6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

“AzInTelecom" və "Azercell”in çağrı mərkəzləri birləşdirilib

07-may-2026
“AzInTelecom" və "Azercell”in çağrı mərkəzləri birləşdirilib
Yazı Ölçüsü:

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tabeliyində olan “AzInTelecom" MMC-nin "Çağrı Mərkəzi" və "Azercell" MMC-nin "Çağrı Mərkəzi" birləşdirilib.

PostMedia” APA-ya istinadən xəbər verir ki, məlumat "AzInTelecom"dan təsdiqlənib.
Şirkətdən sorğumuza cavab olaraq bildirilib ki, müştəri təcrübəsinin və əməliyyat səmərəliliyinin artırılması fəaliyyətimizin prioritet istiqamətlərindəndir:
“Bu çərçivədə çağrı mərkəzi əməliyyatlarının dəyərləndirilməsi və effektivliyinin artırılması məqsədəuyğun hesab olunur.
Bu yanaşma vahid xidmət standartlarının tətbiqinə, ümumi təcrübənin paylaşılmasına, eləcə də müştərilərə daha çevik, ardıcıl və keyfiyyətli xidmət göstərilməsinə şərait yaradır.

Qeyd edək ki, “AZCON Holding”ə daxil olan şirkətlərin müasir korporativ idarəetmə prinsiplərinə uyğun fəaliyyət göstərməsi, onların rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının artırılması əsas məqsədlər sırasındadır. Bu baxımdan Holdinq daxilində formalaşmış qabaqcıl təcrübənin daha geniş miqyasda tətbiqi nəzərdə tutulur”.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031