"Gürcüstanın tranzit ölkəsi kimi rolu risk altındadır. Ermənistan və Azərbaycan arasında birbaşa logistika əlaqəsi yaradılarsa, Gürcüstan 1,5–2 milyon ton yükün keçidini itirə bilər".
"PostMedia" xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a Nəqliyyat Dəhlizləri Araşdırmaları Mərkəzinin direktoru Paata Çaqareşvili bildirib.
Hazırki məlumatlara görə, dekabrın 5-də Gürcüstan tərəfi Azərbaycandan Ermənistana tək istifadəlik yanacaq tranziti üçün müraciət alıb.
Gürcüstan Baş naziri İrakli Kobaxidze Azərbaycan mediasında yayılan hə tona göə 92 ABŞ dolları tranzit haqları barədə şayiələri təkzib edib və Gürcüstan Dəmir Yollarına tapşırıq verilib ki, bu tranziti pulsuz həyata keçirsin.
Çaqareşvili vurğulayıb ki, Gürcüstanın verdiyi güzəştlər qonşuluq və strateji tərəfdaşlıq səbəbindən baş verir, amma bunlar yalnız tək-tək hallarda olmalıdır. Gələcəkdə tarif məsələləri sistemli şəkildə tənzimlənməlidir.
Hazırda yükün böyük hissəsi Gürcüstanın bütün infrastrukturundan istifadə etməklə (limanlar, dəmir yolu, avtomobil nəqliyyatı) Ermənistana çatdırılır.
"Əgər Bakı-İrəvan birbaşa dəmir yolu və ya avtomobil əlaqəsi yaradarsa, Gürcüstan yalnız 110 km-lik dəmir yolu hissəsini istifadə edəcək və əlavə gəlirlərdən məhrum olacaq. Rusiya və Türkmənistandan gələn 0,5 milyon tonluq neft məhsulları və 200 min ton Türkmənistandan benzin hazırda Gürcüstan üzərindən daşınır, amma gələcəkdə bunlar Azərbaycandan birbaşa Ermənistana yönləndirilə bilər. Eyni dəyişiklik 100–150 min ton Türkiyə malları və 200 min ton Qazaxıstan yükünə də şamil edilə bilər. Ermənistanın ixracı da (təxminən 300 min ton) birbaşa Azərbaycan və Türkiyə vasitəsilə həyata keçirilə bilər"-deyə o əlavə edib.
Çaqareşvili hesab edir ki, Gürcüstanın itkilərinin dəqiq miqdarını müəyyən etmək üçün ciddi analiz və bütün logistik zəncir ölkələrinin iştirakı lazımdır.
Yalnız sərhədlərin açılması kifayət deyil. Ermənistanın böyük yük axınlarını özünə çəkməsi üçün dəmir yolu, avtomobil, logistika və gömrük infrastrukturu sürətlə inkişaf etdirilməlidir. Yalnız bu halda Gürcüstanın ticarət üstünlüyü effektiv şəkildə paylana bilər.