Gütcüstanın Kommunikasiya Komissiyası (ComCom) məhsulun yerləşdirilməsi və sponsorluq qaydalarının pozulmasına görə “Formula” və “TV Pirveli” televiziya kanallarını cərimələyib.
"PostMedia" xəbər verir ki, bu barədə qurumun yaydığı açıqlamada bildirilir.
“Formula” 7,5 min lari (təxminən 4 700 manat), “TV Pirveli” isə 2,5 min lari (təxminən 1600 manat) məbləğində cərimələnib.
Qurumun məlumatına görə, media monitorinqi nəticəsində televiziya kanallarının efirində reklam kommunikasiya qaydalarının pozuntuları aşkar edilib. Pozuntulara məhsulların həddən artıq vurğulanması, məhsulun yerləşdirilməsinin proqramın məzmununa təsir etməsi və məhsulun əldə olunması ilə bağlı məlumatların verilməsi daxildir. Əlavə olaraq, “Formulanın” proqramında məhsulun alınmasına çağırışlar da yer alıb.
Bundan əlavə, “TV Pirveli” kanalında sponsor haqqında məlumatın verilməsi qaydası pozulub, çünki sponsor haqqında qeyd reklam mesajı ehtiva edib.
Qurum qeyd edir ki, reklam kommunikasiya qaydalarının pozulması tamaşaçıların maraqlarının ciddi şəkildə pozulması deməkdir, çünki bu, onların qərarlarına təsir göstərə bilər.
“Ana görə, yayımlayan tərəf Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara riayət etməlidir ki, tamaşaçıların hüquqları pozulmasın və proqramın məzmununa təsir olunmasın, bu isə öz növbəsində media məhsulunun keyfiyyətini pisləşdirir”, — açıqlamada deyilir.
Bildirilib ki, “TV Pirveli” bu il oxşar pozuntu üçün yazılı xəbərdarlıq almışdı, buna görə də ComCom kanalı 2,5 min lari ilə cərimələdi. “Formula” isə əvvəlki yazılı xəbərdarlıqla birlikdə oxşar pozuntulara görə artıq 2,5 min lari cərimə almışdı, buna görə qanun pozuntusuna görə bu dəfə kanal 7,5 min lari ilə cərimələnib.
Xatıırldaq ki, hər iki kanal Azərbaycanın "Azespace" telekommunikasiya peykində yayımlanır.