N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes | Məhkəmə

Eldar Qəribovun bankı blogerə uduzdu

07-avqust-2025
Turan Hüseynli
Eldar Qəribovun bankı blogerə uduzdu
Yazı Ölçüsü:
Bloqer Ramal İsayev ilə “Unibank” Kommersiya Bankı ASC arasında bir ildən artıq davam edən məhkəmə prosesi yekunlaşıb. Bank tərəfindən İsayevə qarşı “Leobank” kartı üzrə kredit borcunun ödənilməsi tələbi ilə iddia qaldırılmışdı.
"PostMedia" Patrulaz.az-a istinadən xəbər verir ki, Biləsuvar Rayon Məhkəməsində araşdırılan iş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizası və təqdim olunan sübutlar əsasında, məhkəmə Unibankın irəli sürdüyü iddiaların əsassız olduğuna qərar verib. Qərara əsasən, bankın tələbi rədd edilib və ödənilmiş dövlət rüsumu ilə yanaşı, ekspertiza xərclərinin də Unibank tərəfindən dövlət büdcəsinə ödənilməsi müəyyən olunub.
Ramal İsayev sosial şəbəkədə paylaşım edərək, məhkəmə prosesində hüquqlarını əsasən özü müdafiə etdiyini, yalnız dostu olan hüquqşünas Ramil Vəliyevdən zaman-zaman məsləhətlər aldığını bildirib:
“Bu təcrübə mənə göstərdi ki, haqlı olan insan qorxmamalı və hüquqlarını müdafiə etməkdən çəkinməməlidir. Hər zaman dəstəyiniz üçün sizə minnətdaram.”
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,386 milyon manatdır. Bankın səhmlərinin 94,08 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 5,92 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.
Kateqoriyalar