“Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi” Publik Hüquqi Şəxs Şuşada çoxsaylı yaşayış binalarının tikintisi ilə əlaqədar müsabiqə elan edib.
“PostMedia” xəbər verir ki, iyulun 11-dək davam edəcək müsabiqədə iştirak haqqı 3092.7151125 manat müəyyən edilib.
Məlumata görə, Şuşa şəhəri, D-4 massivində 12 binanın tikintisi çərçivəsində (2-ci mərhələ) abadlıq, sahədaxili kommunikasiya, qurğulara aid mallar və xidmətlərin, 1,2,3,10,11 və 12 nömrəli binalarının tikintisi üçün ehtimal olunan qiymət 20 618 100,75 manat müəyyən edilib.