ABŞ və İran arasında razılaşma əldə olunmasından sonra iri gəmiçilik şirkətləri gəmilərinin Hörmüz boğazından keçidini bərpa etməyə başlayıblar.
"PostMedia" xəbər verir ki, bu barədə "Lloyd’s List Intelligence" analitik dənizçilik şirkəti məlumat yayıb.
Brifinq zamanı "Lloyd’s List"in baş redaktoru Riçard Mid bildirib ki, son 110 gün ərzində ilk dəfə olaraq böyük operatorların gəmiləri yenidən boğazdan keçməyə başlayıb. Bu, fevral ayından etibarən tranzitin faktiki olaraq dayanmasından sonra baş verib.
Şirkətin məlumatına görə, cümə axşamı gününə olan vəziyyət üzrə boğazdan keçən gəmilərin dəqiq sayı açıqlanmayıb. Bununla belə, qeyd olunur ki, Hörmüz boğazından "Grimaldi Group", "Cosco", "Knutsen" və "NYK" kimi iri gəmiçilik qruplarına məxsus və ya onların idarə etdiyi tanker gəmiləri keçib.
Eyni zamanda, "Lloyd’s List"in məlumatına əsasən, boğaza İran bayrağı altında üzən iki tanker də daxil olub. Həmin tankerlər "National Iranian Tanker Company"yə məxsusdur və hazırda sanksiyalar altındadır.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
