6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

ABB xaricdən borc almaq istəyir

08-may-2026
ABB xaricdən borc almaq istəyir
Yazı Ölçüsü:

ABB xarici bazarlarda istiqraz buraxılışını dəyərləndirir.
"PostMedia" xəbər verir ki, bunu "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) İdarə Heyəti sədrinin müavini, İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Nəbi Əliyev bildirib.
Onun sözlərinə görə, bizim faiz gözləntimiz 4,5% və 5,5% arasındadır:

"Bu gün bizim üçün əlverişli faizlər budur. Bu əlverişli faizlərlə uzunmüddətli vəsait cəlb etmək istəyirik ki, uzunmüddətli planlarımızı dəstəkləyək. Əgər sərfəli şərtlər olsa buraxılış həyata keçiriləcək. Sərfəli şərtlər olmasa, təbii ki, etməyəcəyik.
Hazırda bank seçmək mərhələsindəyik. Bu ola bilər Amerika, ABŞ bankları olsun, ola bilər Avropa, ola bilər körfəz ölkələri olsun. Amma ümumiyyətlə, biz istiqraz buraxmamaq qərarı da qəbul edə bilərik.
​Amma belə bir ideya səsləndiririk, ancaq qiymətli kağızlar bazarı dəyişir, həmin dövrdəki qiymət və təkliflərə şərtlərə uyğun qərar qəbul edəcəyik. Bu gün bizim hər hansı bir likvidlik məqsədlərimiz üçün xüsusi bir ciddi, ani maliyyələşməyə ehtiyacımız yoxdur. Sadəcə, daha uzunmüddətli kreditləşmə, daha uzunmüddətli maliyyələşmə perspektivindən və öhdəliklərin diversifikasiyası məqsədilə bu imkanı dəyərləndiririk."
O qeyd edib ki, bir daha vurğulayıram, bununla bağlı qərar hələ qəbul edilməyib: "Bununla bağlı qərarı növbəti iki-üç ay ərzində daha dəqiq bəyan edə biləcəyik. Bu istiqrazın buraxıldığı birjalar London birjası da ola bilər, digər birjalarda. Bunun London birjası, İrlandiya və ya ABŞ — bununla bağlı hələ yekun qərar yoxdur."

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031