6°C Bakı
1$ = 1.70₼
Maliyyə-Biznes

Bu BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib

05-may-2026
Bu BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Yazı Ölçüsü:

"Alfa Kapital" MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçilərinin pay bölgüsündə dəyişiklik olub.

"PostMedia" xəbər verir ki, bu, BOKT-un nizamnamə kapitalının 20 min manat və yaxud 2 % artırılaraq 1 milyon manatdan 1,02 milyon manata çatdırılmasından sonra baş verib.

Əlavə məbləği BOKT-da 51 % təsis payı olan Fərid Köçərli təmin edib. Son nəticədə onun payı 52 %-ə yüksəlib, əvəzində digər təsisçi Şirin Cavadovun payı 47,5 %-dən 46,5%-ə düşüb.

3-cü təsisçi - Elçin Niftiyevin isə payı dəyişməyərək 1,5 % qalıb.

Xatırladaq ki, "Alfa Kapital" 2013-cü ildə "Effektinvest" adı ilə fəaliyyətə başlayıb, 2026-cı ildə rebrendinq edib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930