6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

"PAŞA Bank"ın Türkiyədəki törəməsinin xalis mənfəəti 25% azalıb

05-may-2026
"PAŞA Bank"ın Türkiyədəki törəməsinin xalis mənfəəti 25% azalıb
Yazı Ölçüsü:

"PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi "PAŞA Yatırım Bankası" bu ilin yanvar-mart aylarını 103,875 milyon lirə (4,155 milyon manat) xalis mənfəətlə başa vurub.
"PostMedia" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,7 % azdır.
Yanvar-mart aylarında "PAŞA Yatırım Bankası"nın vergiyəqədərki mənfəəti 158,779 milyon lirə (6,351 milyon manat, əvvəlki ilə nisbətən 25,2 % çox), mənfəət vergisi ödəmələri isə 54,904 milyon lirə (2,196 milyon manat; əvvəlki il qənaət edib) təşkil edib.
Bu il aprelin 1-nə "PAŞA Yatırım Bankası"nın aktivləri 15 milyard 167,833 milyon lirə (606,713 milyon manat) olub ki, bu da illik müqayisədə 20,4 % çoxdur. Bunun 7 milyard 330,287 milyon lirəsi (293,2 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 25,8 % böyüyüb.
Hesabat dövründə "PAŞA Yatırım Bankası"nın öhdəlikləri 18,8 % artaraq 12 milyard 739,866 milyon lirəyə (509,595 milyon manat), balans kapitalı isə 29,4 % artaraq 2 milyard 427,964 milyon lirəyə (97,119 milyon manat) çatıb.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (20 milyon manat). Bankın səhmlərinin 71,75 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,21 %-i "PAŞA Bank"a, 0,04 %-i isə "Aksoy Holdinq"ə məxsusdur.
1 lirə = 0,04 manat

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031