6°C Bakı
1$ = 1.70₼
Maliyyə-Biznes

SOCAR bu şirkətin 100 %-nə sahib oldu

05-may-2026
SOCAR bu şirkətin 100 %-nə sahib oldu
Yazı Ölçüsü:

“EKOL Mühəndislik Xidmətləri” QSC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
"PostMedia" xəbər verir ki, şirkətin səhmlərinin 49-nə nəzarət edən “Lancer Services S.A.” şirkəti payını satıb.

Məlumata görə, onun payını şirkətin əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) alıb. Bununla da, SOCAR şirkətdəki payını 100 %-ə çatdırıb.

Xatırladaq ki, “Ekol Mühəndislik Xidmətləri” 2006-ci ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və xarici investor “Lancer Services S.A.” şirkətinin birgə iştirakı ilə təsis edilib.

Onun nizamnamə kapitalı 4,072 milyon manatdır.

Müəssisənin fəaliyyətinin əsas məqsədi respublika hüdudlarından kənarda və respublika daxilində müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi istiqamətində: sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-normativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930