—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Ermənistanın ən böyük sığorta şirkəti səhmlərini xarici investorlara satıb

04-fevral-2026
Turan Hüseynli
Ermənistanın ən böyük sığorta şirkəti səhmlərini xarici investorlara satıb
Yazı Ölçüsü:

Ermənistan Mərkəzi Bankı yanvarın 30-da “LIGA Insurance” sığorta şirkətinin səhmlərinin "GRAWE Group" və "C-Quadrat Investment Group" tərəfindən alınmasını təsdiqləyib.

"PostMedia" "NEWS.am" saytına istinadən xəbər verir ki, bu Ermənistanın Mərkəzi Bankı tərəfindən ölkənin maliyyə-sığorta sisteminə yüksək etimadın göstəricisi kimi qiymətləndirilib.

“LIGA Insurance” 2008-ci ildə təsis edilib və ölkənin bütün bölgələrində fəaliyyət göstərir. Şirkət 7,6 milyard dram (təxminən 20 milyon ABŞ dolları) həcmində ümumi kapital göstəricisi ilə Ermənistanın ən böyük sığorta şirkəti hesab olunur.

Avstriyada 1828-ci ildə yaradılan "GRAWE Group" Mərkəzi və Şərqi Avropanın ən qədim sığorta qruplarından biridir və 14 ölkədə fəaliyyət göstərir. "C-Quadrat Investment Group" isə 1991-ci ildə Vyanada yaradılıb və 21 ölkədə strateji mövcudluğa malik beynəlxalq investisiya qrupudur.

Kateqoriyalar