N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

İlon Mask "Ryanair"i almaq istəyir

20-yanvar-2026
Türkan Nəbi
İlon Mask "Ryanair"i almaq istəyir
Yazı Ölçüsü:
Amerikalı sahibkar və milyarder İlon Mask, İrlandiyanın aşağı büdcəli (low-cost) "Ryanair" aviaşirkətinə onun mümkün qiyməti barədə açıq sual ünvanlayıb, daha sonra isə onu almağı təklif edib.
"PostMedia" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Müzakirə sosial şəbəkələrdə yaranan mübahisə ilə başlayıb: belə ki, "Ryanair" daha əvvəl New York Post nəşrinin ABŞ-ın "X" hava limanında baş vermiş ciddi nasazlıq barədə xəbərinə reaksiya verərək, Maskı ələ salıb və ona "Wi-Fi lazımdır?" sualını verib. Cavab olaraq Mask, aviaşirkəti almağın neçəyə başa gələcəyi ilə maraqlanıb və zarafatla "həqiqətən adı Rayan olan birini" baş icraçı direktor təyin etməyi təklif edib.
Daha sonra Mask, internetdə "Ryanair"in mümkün satınalması ilə bağlı sorğuya başlayıb. Sorğuda təxminən 38,000 istifadəçi iştirak edib ki, onların da 82%-i Maskın aviaşirkəti almasını və "Rayanı şirkətin qanuni rəhbəri vəzifəsinə qaytarmasını" dəstəkləyib.
"Ryanair" baş qərargahı Dublində yerləşən İrlandiya aviaşirkətidir. 1984-cü ildə Toni Rayan, Kristofer Rayan və Liam Lonerqan tərəfindən təsis edilən şirkət fəaliyyətinə cəmi bir təyyarə ilə başlayıb. Hazırda o, 35 ölkədə təxminən 240 istiqamət üzrə xidmət göstərir və gündəlik 3600-dən çox uçuş həyata keçirir.
Kateqoriyalar