N/A°C Bakı
1$ = 1.70₼
Maliyyə-Biznes

Türkiyə və İspaniya təlim təyyarələrinin tədarükü ilə bağlı 2,6 milyard avroluq saziş imzalayıb

30-dekabr-2025
Turan Hüseynli
Türkiyə və İspaniya təlim təyyarələrinin tədarükü ilə bağlı 2,6 milyard avroluq saziş imzalayıb
Yazı Ölçüsü:
Türkiyə və İspaniya arasında 2,6 milyard avro dəyərində müqavilə imzalanıb.
"PostMedia" xəbər verir ki, "Reuters" agentliyinin Türkiyə Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, saziş İspaniya Hərbi Hava Qüvvələrinin 2028-ci ildən etibarən "Türk Aviasiya və Kosmos Sənayesi" (TUSAŞ) şirkətindən 30 ədəd yüngül təlim təyyarəsi almasını nəzərdə tutur.
"Türk Aviasiya və Kosmos Sənayesi" və "Airbus" şirkəti iyul ayında satınalma danışıqları çərçivəsində əməkdaşlıq müqaviləsi imzalamışdılar. Yekun razılaşma HÜRJET təlim təyyarəsinin ilk xarici satışı kimi tarixə düşüb.
Nazirliyin bəyanatına əsasən, Türkiyə 2028-2036-cı illər ərzində HÜRJET təyyarələrini ixrac edəcək. Həmçinin qeyd olunur ki, bu saziş NATO müttəfiqləri olan Türkiyə və İspaniya arasında müdafiə sənayesi sahəsində daha dərin əməkdaşlığa yol açacaq.
"Bu saziş müdafiə sənayesi üçün yüksək əlavə dəyəri olan çoxölçülü ixrac paketidir", – deyə Türkiyə Müdafiə Sənayesi Administrasiyasının rəhbəri Haluk Görgün bildirib.
O qeyd edib ki, sazişə HÜRJET təyyarələrinin ixracı ilə yanaşı, inteqrasiya olunmuş təlim arxitekturası, texniki xidmət infrastrukturu və uzunmüddətli əməliyyat dəstəyi də daxildir.
Məlumatda həmçinin bildirilir ki, Böyük Britaniya 2025-ci ildə rekord həddə — 22 milyard avro məbləğində silah ixrac edib və hökumət "hələ daha çoxunun olacağını" bəyan edir.
Kateqoriyalar