MDB ölkələri arasında qarşılıqlı ticarət son dörd ildə 18% artıb.
"PostMedia" xəbər verir ki, bu barədə "RIA Novosti"yə MDB Baş katibi Sergey Lebedev məlumat verib.
O qeyd edib ki, qarşılıqlı investisiyaların səviyyəsi yüksək olaraq qalır. 2023-cü ildə imzalanmış xidmətlər və investisiyalar üzrə azad ticarət sazişi investorların MDB bazarına inamını möhkəmləndirməkdə mühüm rol oynayacaq.
2025-ci ilin ortalarına qədər MDB ölkələrinin yığılmış qarşılıqlı investisiyaları rekord səviyyəyə – 41,6 milyard dollara çatıb, bu da son 10 ildə 50%-dən çox artım deməkdir.
Ən böyük investor regionun ən böyük iqtisadiyyatı olan Rusiya hesab olunur. İnvestisiya axınının ən əhəmiyyətli artımı isə Mərkəzi Asiyaya – əsasən Qazaxıstan və Özbəkistana yönəlib.
Sergey Lebedev həmçinin sənaye, aqro-sənaye kompleksi və digər iqtisadi sahələrdə əməkdaşlığın yaxşı nəticələr verdiyini vurğulayıb.