6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Rusiya Azərbaycandan idxal edilən xurmalarda zərərvericilər aşkar edib

19-dekabr-2025
Rusiya Azərbaycandan idxal edilən xurmalarda zərərvericilər aşkar edib
Yazı Ölçüsü:

Yekaterinburqdakı meyvə-tərəvəz anbarına gətirilən məhsulların yoxlanışı zamanı Rosselxoznadzorun (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) Ural üzrə regionlararası idarəsinin əməkdaşları xurmanın içində Kaliforniya qalxanvari zərərvericinin sürfələrini aşkarlayıblar.

"PostMedia" xəbər verir ki, Sverdlovsk vilayətinə Azərbaycandan 21 ton meyvə idxal olunub.

Karantin zərərvericinin mövcudluğu laborator analizlərlə təsdiqlənib. Qeyd edilib ki, qalxanvari zərərverici əsasən ting və əkin materialı vasitəsilə yayılır və yoluxmuş meyvə ciddi təhlükə yaratmır. Bu səbəbdən Rosselxoznadzor xurmanın satışına icazə verib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930