Avropa İttifaqı liderləri məsələnin həyati əhəmiyyətini nəzərə alaraq, Ukraynaya maliyyə dəstəyi üsulu barədə mütləq razılığa gələcəklər.
"PostMedia" "Reuters"ə istinadən xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristina Laqard deyib.
Jurnalistlərin Ukrayna üçün kompensasiya (reparasiya) kreditinin razılaşdırılmasını mümkün hesab edib-etməməsi barədə sualına Laqard cavab verib ki, məsələnin vacibliyini nəzərə alaraq, Avropa liderlərinin "həll yolu tapacağına tamamilə əmindir".
Bununla belə, Laqard vurğulayıb ki, qəbul ediləcək qərar suveren aktivləri qoruyan beynəlxalq hüquq normalarını pozmamalıdır.
"Bu, alışılmış Avropa üslubunda baş verə bilər: bilirsiniz, dövrə vurmaq, çox vaxt aparmaq və bunun işə yarayıb-yaramayacağı ilə bağlı çoxlu fərziyyələr doğurmaq... Lakin mən əminəm ki, biz həll yolu tapacağıq. Çünki bu, çox vacibdir", — deyə Avropa Mərkəzi Bankının rəhbəri bildirib.
Eyni zamanda, Reuters jurnalistləri Aİ liderlərinin sabah qəbul edilməli olan sammit qərarının layihəsi ilə tanış ola biliblər. Sənədə əsasən, Aİ ölkələrinin rəhbərləri blokun institutlarına müraciət edərək, Rusiyanın dondurulmuş aktivləri ilə təmin edilmiş kompensasiya kreditinin yaradılması üçün alətlərin təcili təsdiqlənməsini xahiş edəcəklər. Lakin jurnalistlər qeyd edirlər ki, qərarın məhz bu şəkildə qəbul edilməsi mütləq deyil.
Avropa Komissiyası “Red Bull”a qarşı araşdırmalara başlayıb
13-noyabr-2025
Maliyyə-Biznes
Avropa Komissiyası büdcəni 2 trilyon avroya qaldırmağı planlaşdırır
12-noyabr-2025
Maliyyə-Biznes
Avropa İttifaqı Ermənistana 5,5 milyon avro köçürüb
24-oktyabr-2025
Maliyyə-Biznes
Natali Muravidze: “Azərbaycan banklararası faiz dərəcəsi (AZIR) indeksinin yenilənməsi, ölkənin maliyyə bazarlarının müasirləşməsi baxımından dönüş nöqtəsidir”