N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

Tbilisidə tramvay xəttlərinin çəkilməsinə başlanır

17-dekabr-2025
Amin Şükür
Tbilisidə tramvay xəttlərinin çəkilməsinə başlanır
Yazı Ölçüsü:
Gürcüstanın paytaxtı Tbilisi şəhərində tramvay xəttinin layihələndirilməsi və tikintisi üzrə keçirilən tenderin qalibi yanvar ayının sonuna qədər müəyyən ediləcək.
"PostMedia" xəbər verir ki, bunu Tbilisi meri Kaxa kaladze deyib.
Onun sözlərinə görə, qalib şirkətə layihəni həyata keçirmək üçün 36 ay veriləcək.
Tender Tbilisi Nəqliyyat Şirkəti tərəfindən oktyabrın 23-də elan olunub və dekabrın sonunda başa çatmalı idi. Tramvay xəttinin tikintisi Design-Build (DB) üsulu ilə həyata keçiriləcək, yəni həm layihə sənədlərinin hazırlanması, həm də birbaşa tikinti işləri bu üsulla yerinə yetiriləcək.
Kaladze qeyd edib ki, tenderin keçirilməsi və qalibin müəyyənləşdirilməsi layihənin reallaşdırılacağı barədə yanlış məlumatlara son qoyacaq. O vurğulayıb ki, bu tramvay layihəsi Tbilisidə ilk və son olmayacaq və şəhər sakinləri fərqli nəqliyyat vasitələrini – avtobus, mikroavtobus, metro, tramvay və ya şəxsi avtomobil – seçmək imkanına malik olacaqlar.
Xəttin ümumi uzunluğu təxminən 7,5 km-dir və 11 dayanacaq olacaq.
Kateqoriyalar