Gürcüstan "Orta Dəhliz"in inkişafında maraqlı olduğunu və TRIPP layihəsinin regional əlaqəliliyinə böyük töhfə verdiyini çıqlyıb.
"PostMedia" xəbəer verir ki, bunu bu ölkənin ABŞ-dəki səfiri Tamar Taliaşvili Amerikan–Gürcü Biznes Şurasının illik toplantısında çıxış edərkən deyib.
Səfir həmçinin noyabr ayında ABŞ Dövlət Departamentinin nümayəndəsi Conatan Askonasın Gürcüstana səfərini yada salıb və Vaşinqtonun TRIPP-də Gürcüstanın rolunu yüksək qiymətləndirdiyini qeyd edib.
TRIPP layihəsi çərçivəsində ABŞ, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli deklarasiya regionda uzunmüddətli sülhün və yeni nəqliyyat bağlantılarının formalaşmasını nəzərdə tutur. Marşrut 741 üzrə Ermənistan ABŞ-yə 99 il müddətinə eksklüziv inkişaf hüquqları təqdim edəcək və həmin xətt vasitəsilə Azərbaycanın Naxçıvanla quru əlaqə qurması nəzərdə tutulur.
Orta Dəhliz isə Çin–Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən Avropaya uzanan strateji tranzit xəttidir. Gürcüstan 2022-ci ildə Türkiyənin təşəbbüsü ilə bu marşruta qoşulub və hazırda hökumət Şərq–Qərb magistralının tikintisinə iri investisiyalar ayıraraq ölkənin tranzit mövqeyini daha da gücləndirməyə çalışır.