N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

Şəhər şosesində xüsusi hərəkət zolağı yaradılıb - VİDEO

26-noyabr-2025
Admin
Şəhər şosesində xüsusi hərəkət zolağı yaradılıb - VİDEO
Yazı Ölçüsü:
"Azərbaycan Yürüstü Nəqliyyat Agentliyi" (AYNA) Şəhər şosesində (Zabrat yolu) xüsusi hərəkət zolağının yaradılmasını həyata keçirir.
"PostMedia" bu barədə AYNA-ya istinadən xəbər verir.
Məlumatda deyilir ki, Sabunçu rayonunun bu hissəsində xüsusi hərəkət zolağının mövcud olmasına baxmayaraq, şosenin sonunda – yolötürücünün başlanğıcından Heydər Əliyev prospekti ilə kəsişməyədək həmin zolaq mövcud olmayıb. Bu isə uzun müddət ictimai nəqliyyat vasitələrinin sıxlıqla qarşılaşmasına, avtobuslarda intervalın pozulmasına və minlərlə sərnişinin vaxt itkisinə səbəb olub. Sıxlığın ən çox yaşandığı məhz bu hissədə zolağın olmaması marşrutların fasiləsiz hərəkətinə ciddi maneə törədib. Bu səbəbdən, yeni zolağın yaradılması zəruri olub.
Xüsusilə qeyd edək ki, ərazidə tikinti işləri aparılaraq yolun hərəkət hissəsi genişləndirilib. Bunun nəticəsində hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılıb və xüsusi hərəkət zolağı təşkil edilib. Beləliklə 1-ci mərhələ üzrə işlər tamamlanıb. Xüsusi hərəkət zolağının Heydər Əliyev prospektinə qədər uzadılır. Layihə çərçivəsində, həmçinin səkilər təmir olunub.
Şəhər şosesində zolağın təşkil edilməsi ilə gün ərzində 17 müntəzəm marşrut xətti üzrə 160-dan çox avtobusun daha rahat və maneəsiz hərəkəti təmin olunacaq. Bu, təkcə avtobus sürücülərinin işini yüngülləşdirmir, həm də gün ərzində minlərlə sərnişinin vaxt ikisinin qarşısını alır.
İctimai nəqliyyata üstünlük verən və hər gün işinə, dərsinə, evinə vaxtında çatmağa çalışan vətəndaşların rahat daşınmasına şərait yaradan bu cür xüsusi zolaqların əhəmiyyətini nəzərə alaraq, bütün hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırırıq.
Kateqoriyalar