6°C Bakı
1$ = 1.70₼
İnfrastruktur

ABŞ və Ermənistan rəsmiləri Bakıdan Naxçıvana birbaşa yolun açılışını müzakirə ediblər

17-noyabr-2025
ABŞ və Ermənistan rəsmiləri Bakıdan Naxçıvana birbaşa yolun açılışını müzakirə ediblər
Yazı Ölçüsü:
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-nin siyasi məsələlər üzrə dövlət katibinin müavini Elison Hoker İrəvanda keçirilən görüşdə “Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsinə hazırlığı müzakirə ediblər.
"PostMedia" Ermənistan XİN-ə istinadən xəbər verir ki, tərəflər layihənin nəqliyyat və digər kommunikasiya şəbəkələrinin inkişafı üçün əhəmiyyətini vurğulayıblar.
Tərəflər 8 avqust Vaşinqton sammitində əldə olunan razılaşmaların icrası üçün görülən işləri də qeyd ediblər. Bundan əvvəl ABŞ diplomatı Ermənistan parlamentinin spiker müavini, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan ilə görüşüb.
Xatırladaq ki, 8 avqustda Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar. ABŞ prezidentinin açıqlamasına görə, Ermənistan “Tramp Marşrutu” çərçivəsində Ştatlara maksimum 99 illik eksklüziv uzunmüddətli hüquqlar verəcək.
Bu hüquqlar Azərbaycan tərəfindən Naxçıvanla quru əlaqəsinin qurulması üçün istifadə ediləcək yolun inkişafı və idarə olunmasına aiddir. ABŞ tərəfi ərazini infrastruktur və idarəçiliyə cavabdeh konsorsiuma subarenda şəklində verəcək.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930