N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

Batumidə satgılan mənzillərin 2%-ni azərbaycanlılar alır

07-noyabr-2025
Turan Hüseynli
Batumidə satgılan mənzillərin 2%-ni azərbaycanlılar alır
Yazı Ölçüsü:
Batumidə yeni tikilən mənzillərin 77 %-i əcnəbi vətəndaşlar, 23 %-i isə gürcü vətəndaşları tərəfindən alınıb.
"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstanın “Galt & Taggart” şirkətinin araşdırma aparıb.
Məlumatda deyilir ki, 2025-ci ildə inkişaf layihələrində mənzil alıcılarının vətəndaşlıq bölgüsü belədir:
Gürcüstan – 23 %
Ukrayna, Rusiya və Belarus – 20 %
İsrail – 16 %
Avropa ölkələri – 12 %
Türkiyə – 9 %
Ərəb ölkələri – 7 %
Mərkəzi Asiya – 6 %
Ermənistan və Azərbaycan – 2 %
Hazırda tikintisi davam edən layihələrin əksəriyyəti investisiya məqsədli mənzillərdir, əsasən orta sinfə aid studiyalar, kvadrat metri 1 5002 500 ABŞ dolları qiymət aralığında və “açar təslim” şəkildə təmir olunmuş formada təklif edilir.
"Galt & Taggart" hesab edir ki, qısamüddətli icarəyə verilən mənzillərin sayı 2029-cu ilə qədər iki dəfə artacaq. Lakin turist axını və qalma müddəti eyni templə artmasa, bu artım gəlirliliyə mənfi təsir göstərə bilər.
Proqnozlara görə, 2025–2029-cu illərdə Batumidə 58 min yeni mənzil tikiləcək. Onlardan 46 mini investisiya məqsədli, 11 400-ü isə daimi yaşayış üçün nəzərdə tutulub.
Batumi daşınmaz əmlak bazarının ümumi dəyərinin 2025-ci ildə 1,1 milyard dollara, satılan mənzillərin sayının isə 16 800-ə çatacağı gözlənilir.
Kateqoriyalar