6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

Şoyqu: “Zəngəzur dəhlizi” və “Şimal–Cənub” nəqliyyat dəhlizi bir-birinə rəqib deyil”

05-noyabr-2025
Şoyqu: “Zəngəzur dəhlizi” və “Şimal–Cənub” nəqliyyat dəhlizi bir-birinə rəqib deyil”
Yazı Ölçüsü:

Zəngəzur dəhlizi” və “Şimal–Cənub nəqliyyat dəhlizi” bir-birinə rəqabət yaratmayacaq”.

PostMedia” TASS-a istinadən xəbər verir ki,bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin 13-cü iclasından sonra jurnalistlərə açıqlama verib.
“Hesab edirəm ki, hər iki yol təkcə mövcudluq hüququna malik deyil, həm Azərbaycanın bölgələri arasında əlaqə üçün, həm də ölkələr arasında ticarəti asanlaşdıran nəqliyyat dəhlizlərinin yaradılması baxımından zəruridir”.
O, xatırladıb ki, Şimal–Cənub dəhlizi Cənubun dərin limanlarını Şimal Buzlu okeanı və Şimal dəniz marşrutu ilə birləşdirir.
“Burada heç bir mənfi məqam və rəqabət görmürəm. Guya kimsə kimisə dolanacaq və ya kənardan keçəcək. Belə bir məsələ yoxdur”.
Rusiya rəsmisi vurğulayıb ki, Rusiya böyük ölkədir və yüksək inkişaf etmiş nəqliyyat şəbəkəsinə malikdir:
“Hər bir yeni yol – bu ölkə üçün həmişə yaxşı haldır”.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031