"Ermənistan vasitəsilə Azərbaycanla Naxçıvan arasında planlaşdırılan nəqliyyat əlaqələrinin açılması tənqid olunub, lakin tənqidlərlə yanaşı, bu məsələnin həlli yollarına da baxmaq lazımdır".
“PostMedia” xəbər verir ki, bu barədə noyabrın 5-də Yerevanda keçirilən “Orbeli 2025” beynəlxalq forumunda iranlı politoloq Vəli Kaleci bildirib.
O, qeyd edib ki, çünki potensial yol Ermənistan və İranın sərhədi boyunca keçəcək, Tehranda bu məsələ ilə bağlı üç təklif irəli sürülüb. Kalecinin sözlərinə görə, İranda hesab edirlər ki, bu yol Ermənistan–İran sərhədindən uzaqda, yəni Sünik vilayətinin şimal hissəsində salınmalıdır.
“İranda həmçinin gözləntilər var ki, bu yol Ermənistanla mövcud nəqliyyat əlaqələrinə zərər verməməli və İran yüklərinin tranzitinə mane olmamalıdır. Bunun üçün üç körpü tikilə bilər: biri – Qarsla əlaqəni təmin etmək üçün, ikincisi – dəmir yolu üçün, üçüncüsü isə qaz və neft boru kəmərləri, həmçinin elektrik və rabitə xətləri üçün. Belə yanaşma İranın narahatlıqlarını azalda bilər”.
Kaleci onu da vurğulayıb ki, İran Ermənistan ərazisindən keçəcək bütün kommunikasiya xətləri yalnız Ermənistanın yurisdiksiyası altında olmaısını istəyir.