Rusiya, Azərbaycan və İran “Rəşt–Astara” dəmir yolu layihəsini müzakirə edib
30-oktyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
İran gələn ilin martına qədər “Rəşt–Astara” dəmir yolu xəttinin tikintisi üçün torpaq sahələrinin ayrılmasını tamamlayacaq.
"PostMedia" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Udoviçenko məlumat verib.
Onun sözlərinə görə, yaxın günlərdə Rusiya, Azərbaycan və İran nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş keçirilib. Görüşdə sərhəd-keçid məntəqələrində vəziyyət, eləcə də “Rəşt–Astara” dəmir yolu layihəsinin icrası müzakirə olunub. Udoviçenko bildirib ki, Rusiya bu layihənin tikintisinə aktiv şəkildə qoşulub və yaxın perspektivdə “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tam formalaşacağı gözlənilir.
Forumda, həmçinin, Xəzər regionunda ekoloji vəziyyət və rəqəmsal logistika məsələləri də müzakirə edilib.