Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” adlandırılan dəmir yolunun “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinə konsessiya yolu ilə verilməsi barədə müzakirələri tez hesab etdiyini bildirib.
“PostMedia” xəbər verir ki, o bunu parlamentdə keçirilən dinləmələr zamanı deyib.
Mirzoyan qeyd edib ki, adıçəkilən qurum həqiqətən də Ermənistandakı mövcud bütün dəmir yolu infrastrukturu verilib.
Nazirin sözlərinə görə, lakin sözügedən marşrut hələ inşa edilməyib, buna görə də onun verilməsindən danışmaq hələlik tezdir.
“Danışıqları gedən yol hələ mövcud deyil. Belə olan halda mövcud olmayan şeyi necə verə bilərik, aydın deyil”, — deyə Mirzoyan vurğulayıb.
Nazir əlavə edib ki, Yerevan mövqeyini artıq Rusiya tərəfdaşlarına çatdırıb və bu sahədə əməkdaşlığın müxtəlif modellərini nəzərdən keçirməyə hazırdır.
Xatırladaq ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri sülh prosesinə dair birgə deklarasiya imzalayıblar. ABŞ prezidentinə görə, Ermənistan Tramp marşrutunun inkişafı üçün ABŞ-a eksklüziv uzunmüddətli hüquqlar verəcək (99 il müddətinə, Ermənistan qanunvericiliyinə uyğun).
Bu marşrut üzrə Azərbaycan Naxçıvana quru bağlantı yaratmağı planlaşdırır. Amerikan tərəfi isə torpağı infrastruktur və idarəetməyə cavabdeh konsorsiuma subarenda verməyi nəzərdə tutur.
Qeyd edək ki, “Cənubi Qafqaz Dəmir Yolları” Ermənistanın dəmiryolu şirkətidir. Amma hazırda Rusiya dəmiryolları şirkəti tərəfindən idarə edilir.