N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

Gürcüstanda “Orta Dəhliz” yollarının tikintisi 2026-cı ildə tamamlanacaq

08-oktyabr-2025
Turan Hüseynli
Gürcüstanda “Orta Dəhliz” yollarının tikintisi 2026-cı ildə tamamlanacaq
Yazı Ölçüsü:
Gürcüstan hökuməti 2026-cı ilə qədər “Orta Dəhliz” layihəsi çərçivəsində Azərbaycanın və Ermənistanın Türkiyə ilə birləşdirən avtomobil yollarının tikintisini tamamlamağı planlaşdırır.
"PostMedia" xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.
“Orta Dəhliz” — Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat marşrutudur.
Gürcüstanın 2026-cı il dövlət büdcəsində əks olunan planlara əsasən, Ermənistan və Azərbaycan sərhədlərinə gedən magistral hissələrin - Rustavi–Qırmızı Körpü və Alqeti–Sadaklı  yaşayış massivlərinin, eləcə də Türkiyə sərhədinə gedən Batumi–Sarpi yolunun tikintisinin başa çatdırılması nəzərdə tutulur.
“Bu layihələrin icrası nəticəsində Gürcüstanı Azərbaycan, Ermənistan və Türkiyə ilə birləşdirən "Orta Dəhliz"in bütün əsas hissələrinin tikintisi tamamlanacaq,” – deyə sənəddə bildirilir.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın aparıcı dəniz və dəmir yolu şirkətlərinin iştirakı ilə yaradılıb.
2022-ci ilin iyununda Türkiyə, Azərbaycan və Qazaxıstanın xarici işlər nazirləri "Xəzər" dənizi üzərindən “Orta Dəhliz”in potensialının artırılması və üçtərəfli əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər. Türkiyə Gürcüstanın bu dəhlizə tranzit marşrut kimi tam inteqrasiyasını təşəbbüs edib.
Kateqoriyalar